Mürgü vursa səhər mehi,Pəncərəmi duman yalar...Öz bozumtul qanadındanŞəhər üstəBir incə tül pərdə salar...Harda isə dinər kaman:– Getmə,ey həzin qanadlı duman!Sən məyus anlarımabənzər kimisən.Gəl,Çəkilmə,Sən dalğınXəzər kimisən...Xəzərə düş boz dumanım,Taleyiniqələmsiz də,göy sulara yaz,dumanım...Bəlkə yarı həlak olmuşBir gəlinin son ahısan?Bozumtul bir tül içindəSən ismətli gəlin kimihəyalısan...Getmə duman, həzin duman.,Gəl dövrəmdə gəzin, duman.Gec-gec gələn qonağımsan...Gəl dolduraq badəmizəçəmən şehi.

Tez ol, duman,oyanacaq səhər mehi.Saçlarımainci düzüb ax, dumanım.

Nisgilli bir gəlin kimi,Mənə bir də bax, dumanım......Elə bu vaxt,üfüqlərin yanağınaDan şəfəqi qan çilədi.Otlar üstə səpələnmiş.Neçə min şeh damlasınıİncilədi...Pəncərəmdə səhər yeli,Təzə nəğmə çalıb getdi.Dumanımı, –Nəhəng Zümrüd quşu kimiQanadına alıb getdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri