Laçın dağlarında
Sürücü, başına dönüm, asta sür,Qoy gözüm doyunca yollara baxım.Odur, çapıq qaya çənə bürünür,Mən də duman olub dərədən axım.
Otlayır sürüsü göy yaylaqların,Durmuş şiş qayalar çobansayağı.Qurbanı olduğum qarlı dağlarınÜşüyür zirvəsi, yanır ayağı.
Dərədən iti keç, dolaydan asta,Qoy səhər küləyi dəysin alnıma.Odur, moruq yığır qızlar yol üstdə,Birisi bənzəyir öz nişanlıma.
Sürücü, gəl əylə maşını bir az,Qoy Laçın yoluna baxım doyunca.Dilbər təbiətdən usanmaq olmazMəxmər xalı salıb döşlərə yonca.
Əyilib su içim “Güllü bulaq”dan,Baxım kirəmidli təzə evlərə.Neçə kənd görünür “Əyri dolaq”dan,Qoy baxım, keçirəm bəlkə son kərə!..
Sür ki, “Yeddi qardaş” dolayından biz,Bir də burum-burum burulub keçək.Sür, artıq Turşsudan görünmür bir iz,Sür, təzə yerlərə vurulub keçək.
Xoşdur, bu torpağın xoşdur iqlimi,Səsim dağa düşsün, dərəyə düşsün.Qoy sözüm ən incə təranə kimi,Ürəkdən süzülüb ürəyə düşsün.
Sürücü, maşını burda saxla bir,Vərəqdə gəzdirim mən söz fırçamı.Təbiət laləyə süzüb göndərir,Mənə həyat camı, məhəbbət camı.
Qoy içim yurdumun gül badəsini,Bunda dağlarımın bahar ətri var.Eşitsin oğlunun şeir səsini,Başı ağ çalmalı silsilə dağlar.
Sürücü, başına dönüm, asta sür,Meşəli yollara doyunca baxım.Sür ki, dağlar gəlir, ellər görünür,Sür, ana torpağa doyunca baxım...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-lacin-daglarinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
GörmüşəmAradım Osmanı, gəzdim Əcəmi,Misri, İstanbulu, Şamı görmüşəm,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,