Bir dəstə açar
O, təzə evin önündə durduTöküləndə qar.Evlər müdiri ona buyurduBir dəstə açar...
Bəri ver, ey dost, dilli qarmonu,Çəkim mən zilə...Mərmər pillələr qaldırdı onuTəzə mənzilə.
Çağır yarını, gözəl dilbərinXalını sərsin.Köçənlər köçüb, köçməyənlərinBaşına gəlsin.
İşıqlı, qəşəng, belə bir bina,Belə ev hanı?Sanki Bakını basıb bağrınaQoşa eyvanı.
Dənizin mehi gəzir otaqda,Gülür şüşələr...Aydın görünür bir az uzaqdaPolad meşələr...
Xəzər suları bu gənc neftçini,Sanki vəsf edir.Çoxları kimi yoxdur bir çini,Adi fəhlədir.
Qədəmi yüngül, əli sayalı,Özü subaydır..Bir həkim qıza nişan qoyalıCəmi üç aydır.
Bir xəfif nida gəzir dilində:– Hardasan, ey yar?O, yalqız durub, tutmuş əlindəBir dəstə açar...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-bir-deste-acar
← → düymələri ilə keçid, R — təsadüfi şeir