Mənə qalan bu olacaq
Yan-yanadır yüz alaçıq,Gah yamaca, gah yala çıx.Ürək geniş, süfrə açıq,Kefim duru, damağım çağ,Mənə qalan bu olacaq.
Bir bələdçim ol, ay yollar,Daşlı yollar, qolay yollar.Dolay yollar, dolay yollar,Xoş xəbərli “Sağsağan dağ”,Mənə qalan bu olacaq.
Otlar üstə izim qaldı,Gah dirsəyim, dizim qaldı.Min çiçəkdə gözüm qaldı,Turşsu üstü, “Çarıq bulaq”,Mənə qalan bu olacaq.
Göy buludlu, hava sərin,Çırpı yığın, moruq dərin.Çubuq şişdə kabab verin,Yağar yağış, sönər ocaq,Mənə qalan bu olacaq.
Günlər keçir birəm-birəm,Bir uğurlu yol gedirəm.Yurdumuzu vəsf edirəm,Əldə qələm, dizdə varaq,Mənə qalan bu olacaq.
Bu ellərin bil ki, hər dəm,Sevinciyəm, kədəriyəm.Demə gəldi-gedəriyəm,Mən İslama, ay Qarabağ,Vallah,qalan bu olacaq.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-mene-qalan-bu-olacaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Uzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Qəzəl: Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlimDövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim,Xari-qəmdən dili gül kimi cüda eyləyəlim