Lal axan su sərin olar,Dalğın baxış dərin olar.O qız mənə könül versə,Anamaca gəlin olar.

Yanağında xal var – şirin,Dodağında bal var – şirin.Küsdürəndə acı küsdür,Barışanda yalvar şirin.

Fikrə getsə, fikrə dallam,Meyl eyləsə meyil sallam.İlqar versə xumar gözlüm,Bu dünyanı satın allam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri