Xatirə
Döyüş günləriydi... Axşam qabağıQəflətən döşümdən aldım bir yaraYıxıldım, boyadı qanım torpağı,Yerlər duman idi, üfüqlər qara.Ayıldım bir zaman... “Axı hardayam?”Gördüm ki, örtülü bir çadırdayam.Çarpayı önündə durmuş bir pəri,Dikilmiş üzümə maral gözləri.Xoş bir təbəssümlə bu vaxt astadan:– Yaran incidirmi, – dedi, – ay oğlan?Gücümü azacıq toplayaraq mənDedim: – Kim çıxarmış məni döyüşdən?O şəfqət bacısı, o maral gözlü,O xoş təbiətli, o gülər üzlüDedi ki, mən səni çıxartdım oğlan,Tam başqa idi halın o zaman.
Ona ehtiramla dedim: – Ey gözəl,Mənim xilaskarım sən imişsən, gəl,Tutum əllərindən!GülümsəyərəkGörüşdü mənimlə o nazlı mələk.Gecə qoca təbib döşümü yardı,Mina qəlpəsini çəkib çıxartdı.Sonra məlhəm qoydu, kəsildi qanım.Azacıq dincəldi taqətsiz canım.
Günəş zər taxtına çıxdığı zamanYenə xilaskar qız girdi qapıdan.Elə bil bir şəfa gəldi canıma.O maral baxışlı gəlib yanımaDedi: – Günün aydın, necəsən, qardaş?Bu gün gedəcəksən arxaya birbaş.Orda sağalarsan, indi bahardır,Qafqaz, doğrudan da, bir laləzardır...Yenə ətir saçır güllər, lalələr,Axır qayalardan gur şəlalələr.Dedim: – Ay qız, yenə görüşərik biz;Çünki bir məqsədlə vurur qəlbimiz...
Ötdü günlər, aylar... Sağalaraq mənDöyüş cəbhəsinə getdim yenidən.Sarıldım namusla, dostum silaha,Lakin o gözləri görmədim daha...
Qanlı hərb qurtardı, qazandıq zəfər,Güldü üzümüzə buludsuz səhər.Keçdi aylar, illər...Bir gün nagahdanXəzər sahilində seyr edən zamanMənə həyat verən o qızı gördüm,Döşündə parlayan ulduzu gördüm.O məni tanıdı “Yaralım” – deyə,Görüş həyəcanlı...Bu təntənəyə
Yanan qəndillərdən nur səpən Bakı,Duydu ki, mehriban qucağındakıBir cüt zəfər adlı dan ulduzudur,Öz qalib oğludur, qalib qızıdır!..
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-xatire
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
İstəyüp dərdinə eşqin bulmazam andan dəvaİstəyüp dərdinə eşqin bulmazam andan dəva,Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?