Sərhədçinin düşüncələri
Ay göylərə keşik çəkir,Mən – yurdumun növrağına.Bu gecə də tək çıxmışam,Xan Arazın qırağına.
Sərhədçiyəm, nəzərimdəAğır gəlib keçir axşam.Bir yovşanı yana əyib,Üzərində uzanmışam.
O sahil də, bu sahil də,Yenə dərin sükutdadır.Mən otların içindəyəm,Ay da hələ buluddadır.
Boylanıram yan-yörəmə,Nə səs gəlir, nə də hənir.Bu boz payız gecəsində,Təkcə Araz ləpələnir.
Düşünürəm, gecə keçir...Yummasam da gözlərimi,Mən xəyalən seyr edirəm,Çöllərimi, düzlərimi...
...Elə bil ki, kəndimizin,Üstündəki qızıl qaya.Öz sehrli kölgəsini,Sahil boyu salıb çaya.
Düşünürəm: əziz anam,Ağbirçəkli qoca qarı.Şir böyüdür bağçadakı,Bizim körpə balaları.
Elə bil ki, dolaşıram,Yaxın-uzaq yerləri mən.Vətən eşqi bulaq kimi,Axıb keçir ürəyimdən...
Üfüqlərdə dan ağarır,Üz-gözümdə gümüş qırov.Bir səs deyir: – Mürgü vurma,İrəli bax, yuxunu qov!
Mən baxıram, boylanıram,Sərhəd boyu sağa-sola.Yaxın kəndin adamları,Dəstə-dəstə çıxır yola.
Tarlalarda iş qaynayır,Damarlarda zəhmət qanı.De, kim sevməz canı kimiBu sevimli gülüstanı?
Neçə zavod tüstülənir,Neçə bina qalxır göyə.Düşünürəm: “Bir şərəfdirKeşik çəkmək bu ölkəyə!”
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-serhedcinin-dusunceleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
S.İbrahimov qardaşıma*Yol yapılmaq məqsədilə böyük kəlisanın ətrafı qazılır. Qazılan və təsviyeyi-türabiyəsi icra olunan yerlərdən isə, əbədiyyətə qarışmış olan fani insanların gəmikləri və yazılı daşları çıxır. Dünkü gün bu məzaristani-pərişandan keçdiyim zaman ənqazi-əmvat olan “ə’zayi-rəmimə” (çürük gəmiklər), bilxassə açıq qalan dişlər mənə sanki əzəməti-əbədiyyəni, ehtişami-fənanı oxuyub dururlardı. Bu əsnada bu həqiqəti-zəhrin müxəyyələmdə aşağıdakı şe’rləri yaratmışdı.
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Mana mehri ermədi sən məhliqanın, neyləyimMana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.