Ay dolanır, gecə lal;Dayanmışıq üz-üzə.Göz qırparaq ulduzlarUzaqdan baxır bizə.

Yanaqların sayrışırÇiçək-çiçək, sevgilim.Gənclik gözəl, ömür şən,Oxu, göyçək sevgilim.

Oxu, gözəl sevgilim,İlk məhəbbət nəğməsi;Buludlara toxunsunEşqimizin nəfəsi.

Səyyarələr tökülsünÜstümüzə gül kimi.Saçlarını oxşasınKüləklər sünbül kimi.

Oxuyaq, ey sevgilim,Nəğməmiz həyat olsun.Daim ucalmaq üçünEşqimiz qanad olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq