Yadımdan çıxmayır döyüş günləri,Azı min səngərə sinə gərmişəm.İllər dolansa da o vaxtdan bəri,Elə bil cəbhəni dünən görmüşəm.

Elə cəbhələr ki, qanlı-qadalı,Elə hücumlar ki, dastana sığmaz.İndisə istərdim şair xəyalıSəngərsiz döyüşdə səngisin bir az.

Göyə qaldırsa da insanı xəyal,Torpağın üstədir onun ayağı.Səhərdən hücuma keçib bir mahal,Əllərdə silah yox, yarış bayrağı.

Şəfəqlər sayrışır, gülür dağ döşü,Hər kəs bir xatirə gətirir yada.Mən belə hücumu, belə döyüşü,Düzü, görməmişəm hələ dünyada.

Bayraqlar sancılır qaralan şuma,Əllərdə hərarət, üzlərdə gülüş.Xalqımız inamla keçib hücuma,Gedir hər tərəfdə səngərsiz döyüş!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri