Samavar
Mən səni çox sevirəm,Bilirsən halım, samavar!Bir əyləş məclisimdə,Cahü cəlalım, samavar!Dağılsın qüssə, qəmim,Dərdü məlalım, samavar!Həmi taxtım, həmi baxtım,Həmi iqbalım samavar!
İçindədir abu ataş,Hamı durub tamaşana.Çoxlarına mehribansan,Odur gəlirsən xoşuma.Bir istəkan çay verməsən,Ağlım gələrmi başıma!?Min tümən gəlirim olsa,Çaşar xəyalım, samavar!
Başında durub çaynikin,Ətrafında var istəkan.Özü xasdı, bölməsi xas,Bir nişanı zər istəkanSaz çalım, məclisimdəGəzdirsin dilbər istəkan.Bəlkə, bir az şəfa tapaBu xəstə canım, samavar!
Samavarım, sən coşanda,Ətrafında yar dolanır.Özü zər, libası zər,Qəddi qələmkar dolanır.Çox çəkir o zəhmətin,Buxağında tər dolanır.Bundan artıq söz deməyəYoxdu kamalım, samavar!
Bil ki, sənsiz gün keçirməzHər kəsin ki, ilacı ar.Padişahdan bəyə kimiHamının ehtiyacı var.Samavar dövranın açıb,Görün necə xəracı var.Mən sənə peşkaş elərəmDövlətü malım, samavar!
Musa tərifini deyir,Eşidən gəlsin bəhsinə.Qumru kimi zikr elərsənValeh olmuşam səsinə.Çirkinlər xəcalət çəksin,Gəlməsinlər məclisinə.Qoy sənə qulluq eləsinBir gözəl xanım, samavar!
Kitabxana.az · https://kitabxana.az/works/asiq-musa-samavar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin!Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.