Quberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönübYox yetişib ərzə divan eyləyinDağılıb vilayət viranə dönüb

Mourovlar buyurur oğrunun atNaçalnikdən eləməyin ehtiyatOlmaz Uruslıqda eyləmək isbatAnınçün tülkülər aslana dönüb

Daxi bizdə qalmayıbdır daha dənəGedirik Sərdara, yetişdik canaOlubdur oğrular sahib xanəO ki ev sahibidir mehmana dönüb

Var idi on atım, iyirmi malımQərəz bir tövrlə keçirdi halımYığıb bir hal ilə apardı zalımQapımız savrulmuş xərmənə dönüb

Bu əsrdə olan sahib ixtiyarTəmam oğurluqda olubdur pərkarYatmayıb sübhədək dartar nə ki varQarabağın malı bostana dönüb

Qalmışız müəttəl sultanlı xanlıƏgər belə keçsə qalmaz bir canlı

Kərin otağında olurdu qanlıİndi bu dağılmış Şirvana dönüb

Deyirlər bu saat Qanlı İsmayılBir milyon dövlətə olmur qayılKəsib Ərikliyi misli-ƏzrayılBac alır hər gələn karvana dönüb

Rəsuldan şərm yox, Allahdan bimAllah rizasına danışmaz heç kimQarabağ düzəlməz, mənim əzizimÇünki öz əhlimiz şeytana dönüb

Əmir Aslan idi ol talançıGecə gündüz qırta gəzən dilənçiUzun nəfəs mütəqəllib yalançıİndi aləm Əmir Aslana dönüb

O ki Şəhnaz oğlu hamıdan başdıAt Rəhimin oğlu ilə yoldaşdıKələntərli Kökəş Şirvanlı DaşdıAğa Məhəmməd qardaşı qurbana dönüb

Bu dörd-beş dananın əlində zarıqApardı hər nə var qəttaül-təriqZülm ifrat mənzil irağ at arıqQaradağlı bizə Tehrana dönüb

Mourovlar oğrunu buyurur gündəGirin busuna gözəlin kindəGörün sala bilirsizmi kəməndəHeç deməz it oğlu ceyrana dönüb

Bu nə qubernator, bu neçə sərdarDağılıb vilayət oldu tar-mar

Cəldlənibdir rüşvətə MourovlarXalqın işi ah ü əfqana dönüb

Bundan əqdəm ellər gedərdi dağaMəhəbbət elərdi düşən qonağaŞimdi gedə bilməz evdən iraqaKişiyə dövləti zindana dönüb

Ölkə Əfəndlunun özgədir karıTəmam olarındır ölkənin varıRazıyıq verələr bizə bir xarı?Bir ədna gədası sultana dönüb

Qarabağın haramısı yalanı?Üstə düşsən danışmazlar yalanıŞimdi derlər təqlibdə KolanıCəmillüyə Kürdüstana dönüb

Rzaqulu oğlu Şirvanlu SəfiNəsibin əlinə verib dəfiDağıdır əkmişə alır ƏşrəfiHər biri bir tülkü tərlana dönüb

İmirlular Sübhanverdi uşağıBir gecə evində yoxdur yatmağıKəm olmaz evindən oğru qonağıHamısı İsmayıla Zamana dönüb

Qızıl Hacılular gəzər eşşəklüAltı kəhlən atlu yanı yedəklüSarbanlu Şatırlu həm Rəcəb bəklüGəncəlü Sadiqə qurbana dönüb

Səsindən köşməz batıb atlununKimdir yetə fəryadına kəndlünün

Külləhüm Qarabağ Bay ƏhmədlününƏlində bəndeyi-fərmana dönüb

Pirimli Həsənlu naib alilərQozanlu mülkündə olan nə ki varGəlir hər tərəfdən misal bazarMal alan mal satan meydana dönüb

Şərm-həya qalmayıbdır bizlərdəOğurluq xudkəşlik olub bipərdəAnınçün düşmüşüz hərə bir dərdəTapılmıyor çörək dərmana dönüb

Deyil burda olan işlərdən agahBelə məlum Ədalətlü PadşahXalqın fəryadına yetişsin AllahBu dövran bir özgə dövrana dönüb

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən