Ağlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlirTaxmağa şişə sizi etməyə biryan gəlirMəlikülmövt kimi almaq üçün can gəlirMədən laf ü gəzaf, hərzə və hədyan gəlir

Cümlə əsbab zinini satıb Tatə veribMin beş yüz manat edib cümlə qomandatə veribKöpürübdür evdə bir hökm bu bədzatə veribRəxt ü xabında deyirlər ki satıb atə veribMinib qapı-qapı etməyə cövlan gəlir

Ərzə verdi o qədər karı dürüst oldu gənəAləmin heyvərəsi yanşağı bu hərzə çənəGündə min yol danışır kimsəni qoymaz ki dinəHəst ü nistin Qalada məsrəf edib qəhbə zənəVay sizin halınıza olubdur üryan gəlir

Gündə yüz dəfə nahaq yerə yalan and içənƏqli kəm yəni qorxaq hər daşın ardınca qaçanÖz halətini qoyub hər gecə bir qapı açanDüşdüyü evi yıxıb hər yediyi qaba…Təxmi-xər, mədəni-şər, madəri-şeytan gəlir

Yığılın bu ki gəlir qəsd edəcək cana gedinDur minin birdə qılın əzm divanxana gedinİş dürüst olmasa ordan hərə bir yana gedin

Kimi Tehrana, kimi xaki-Xorasana gedinOrusun dinişki tək alıbdır fərman gəlir

Hərzə-külük bulara rəsmdir ol başdanGündə yüz kərə yalan bara qoyarlar düşdənBunda yox şərm ü həya çünki çıxıbdır işdənTarı şahiddir özü kim bu xəta görməşdənElə bir mən deyiləm aləmə nöqsan gəlir

Ey Divanxana bəyi bu xəbərə necə dözümÇıxmadı gördü gənə belə sitəmkarı gözümMəni bir it tutacaq vaqiədə gördüm özümBudur ey arif dana sizə axırkı sözüm…yerindən deməyin bir kəsə ehsan gəlir

Ey Kolani yanıram mən sizin əhvalınızaQəmər əqrəbdə imiş ilan çıxıb falınızaMindiribdir köpəyi kişgirib dalınızaQapınızda nə ki var qəsd edəcək malınızaSökəcək ardınızı sonra sizə dan gəlir

Gənə naiblik ona çünki yetişdi hökmDəxi bundan belə heç kimsəyə olmaz xürrəmYer ilə göyün arasını tutubdur matəmO basandan bəri bu xalqın arasına qədəmHər yerə düşsə yeri nalə vü əfqan gəlir

Lal olsun söylə Talib kimi zal əhli təmamQılmasın qal bu gündən belə qal əhli təmamAğlasın anların əhvalına hal əhli təmamRuzi-aşurada bu sanki məhal əhli təmamBaş açıq yalın ayaq dideyi-giryan gəlir

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri