Dan ulduzu, bir də mən...
Göylər örtmüş başınaBuludlardan kəlağay.Göz qırpan ulduzlaraLayla çalar sanki ay.
NəqarətGecə əriyib keçir,Yat, quzum, beşiyində.Dan ulduzu, bir də mənDurmuşuq keşiyində.
Bir ağ qağayı kimi,Külək qalxıb dənizdən,Qulaq asır laylama,Açıq pəncərəmizdən.
NəqarətDan yeri söküləndə,Sübhün mehi oyaqdır.– Xəzərdə sönüb-yananŞəfəq deyil, mayakdır.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-dan-ulduzu-bir-de-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Geyindi
Bahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah