Üçüncü hərb istəmirik!
Iİlkin cahan vuruşunda,Yağılara olub qənim,Atam mənimHərbə getdi.Süvarilər yürüşündəŞərqə getdi,Qərbə getdi...Nə qəbrini, ünvanını,Nə öldüyü yeri bilidim.Ürəyimdə qəm karvanı,Kəsik gülüb,Ağır dindim...Sonbeşikdim, ilk çağaydım,Bir tupurca qağayıydım,Anam tutub ər yasını,Belə dedi laylasını:– Qəm oduna tutulmuşuqBiz poladıq,Biz dəmirik!Birincidən sovuşmuşuq,İkinciHərbİstəmirik!İstəmirik!
IIİllər keçdi...Oğul oldum,Atam kimi yaşa doldum.QulağındaSərkərdəmin hər öyüdü,Məğrur nəslim mərd böyüdü.Topdağıtmaz bir səngərdim,Faşistlərə sinə gərdim,Şığıdım mərd suvaritək...Yavan arpa çörəyitəkMən qovrulub sacda qaldım.Tox da qaldım,Aç da qaldım.Qılınc çəkib çətinliyə,Anam qara bağlamadı,Özüm gördüm, ağlamadı.Dedi: – oğul,Yenə qəmə tutuşmuşuq,Biz poladıq,Biz dəmirik.İkincidən sovuşmuşuq,ÜçüncüHərbİstəmirik!İstəmirik!
IIISaçlarımda gümüş tozu...Masam üstə,İki hərbdə yazı-pozu...O günlərdənÜrəklərdə xal qalıbdır:Gözümüzdə, –Həsrət adlı yol qalıbdır –O yol gedib oğullarla...Bir də görən o yollarlaDönəcəkmi Novruz dayı,
Qohum,Qardaş,Əmi,Dayı?...Ürəyimə olub qənim,Həsrət məni didə bilər.Əsgər yaşlı oğlum mənim,Gedə bilər!..Gedə bilər!..Nişanlı qız,Durub yalqızEşitməsin top səsini.Qoy analar,Qoy atalar,Yaysın qəzəb nəğməsini:– BirincidəAğır həyat sürmüşük biz.– İkincidəMin bir dəhşət görmüşük biz.Biz palıdıq,İndi daha tunc olmuşuq,Biz poladıqÜçüncüHərbİstəmirik!..İstəmirik!
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-ucuncu-herb-istemirik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Bu da yahu, keçərQonşulann elmə həvəskar ola,Tibb oxuya, fənnə xəberdar ola,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
BirəSizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,