Gilənar qızardı, ağ tut sovuşdu,Payını dərmədim, budaqda qaldı.Hamı könül verib yara qovuşdu,Bəs bizim toyumuz nə vaxta qaldı?..Ay gözəl, nə vaxta qaldı?

Qönçələr açılıb, gülür çəmən, düz...Hər axşam tarladan qayıdanda biz,Yoxsa o “sevirəm” söylədiyin sözDüşüb mərcan kimi bulaqda qaldı?..Ay gözəl, nə vaxta qaldı?

Göyləri ay gəzir, hava bürkülü,Eyvanda durmuşam boynu bükülü.Bəlkə eşqimizin sona bülbülüUçub yol üstdəki qovaqda qaldı?..Ay gözəl, nə vaxta qaldı?

Əzəldən gözəldir boyun, qamətin,Olsa da qəlbini ovlamaq çətin.Bil ki, ey gözəl qız, saf məhəbbətinÜrəkdə yurd salıb, dodaqda qaldı...Ay gözəl, nə vaxta qaldı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri