Süzüldükcə ayna bulaq,Şehdən sırğa taxar yarpaq.Büsat qurar hər bağça-bağBülbüllə gül bir olanda.

Əl-ələ tut, qol-qola gəz,Təmiz eşqə yoxdur əvəz.Əğyar yaxın düşə bilməzHəm sirr, həm dil bir olanda.

Ürək coşar, qan qaynayarBir sözündən sənin a yar.Günəş çalar, ay oynayar,İki könül bir olanda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq