İl yarası
Rəvayət
– Səfərə gedirəm! –O dindi kövrək.– Nə olar.– Səndən bir ricam var ancaq.Mən həmin səfərdən qayıdanadəkDeyəsən, uşaqlar sizdə qalacaq.– Belə gözüm üstə, lap arxayın ol!– Hə, onda mən gedim...– Sənə yaxşı yol!..
...Dost dosta bir külfət tapşırıb getdi,Bir namus, bir qeyrət tapşırıb getdi.Balanı balatək əzizlədilər,Dostluq axarını təmizlədilər.Günlər mərcan kimi sapa düzüldü,Ayların cilovu əldən üzüldü...Bir gün o qayıtdı uzaq səfərdən,Arvadı yeriyibTutdu yəhərdən...Uşaqlar atanı qucaqladılar,Töhfəlik nə gəlsə tez pay-puş olar.O dostun, bu dostun arvad-uşağıGah evə yüyürdü,Gah da aşağı......Dostlar görüşdülər, əhval tutdular:– Necəsən?Belə də yubanmaq olar?Uşaqlar bir yana, mən darıxırdım.Hər gün dolaylara dönüb baxırdım.– Neyləyim, işdi də?..Gəzirəm düzü,Səyyahlar heç sevməz dumanı, sisi...– Bir de görüm sən,Uşaqlar razımı qalıbdı məndən?O səyyah bir anlıq durdu pürvüqar:– Arvadın üzündə “il yarası” var.Niyə görməmisən bu neçə vaxtdı?...O dönüb dostuna heyrətlə baxdı:– Söylə düzünü,Bu uzaq səfərə getdiyin zaman,Onun namusunu, yoxsa üzünüHəqiqi dostuna sən tapşırmısan?!
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-il-yarasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir