Əziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?Aslan kimi qoçaqların yanında,Tülküsifət dovşan nədir, sar nədir!?

Yaman günün ömrü gərək az ola,Bahar gələ, elin kefi saz ola,Bir elin ki, doqquz ayı yaz ola,Bulud nədir, duman nədir, qar nədir!?

Cavanlığın səadətli çağında,Gözüm qaldı hürriyyətin bağında,Gülə vurğun bülbülün qabağında,Tikan nədir, xəzan nədir, xar nədir!?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar