Mən nə deyirəm
Mən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənimAna topraq qonçalansın gül çiçəklər sevinsinSolğun üzlər yaşlı gözlər pak ürəklər sevinsin
Mən deyirəm ölkəmizdə yansın elmin çırağıHəmişəlik söndürülsün cəhalətin ocağıHər tərəfdə mədəniyyət sarayları tikilsinXiyavanlar genişlənsin tıramvalar çəkilsin
Mən deyirəm əsarətdən xilas olsun elimizBundan artıq zalimlərə bağlanmasın belimizİstemara qarşı dursun rəncbərlər ordusuƏkinçilər zəhmətkeşlər kargərlər ordusu
Mən deyirəm diktatorluq əbədilik çürüsünAzadlığın gözəl nuru hər tərəfi bürüsünHürriyyətin kəlməsiylə şöhrət tapsın adımızBiz ölsək də səadətlə yaşasın evladımız
Mən deyirəm yurdumuza kəc baxanlar yox olsunBöhtan deyib adımıza şər yaxanlar yox olsunXalqımızın igidliyi düşsün dildən dillərəƏməlləri yadigar tək qalsın eldən ellərə
Mən deyirəm Azərbaycan qəhrəmanlar yurdudurŞücaətli BAĞIRXANlar SƏTTARXANlar yurdudurBöyük QACAR şahlarını yola salmış bu diyarOnun hər bir qarışında əcdadımın haqqı var
Kitabxana.az · https://kitabxana.az/works/biriya-men-ne-deyirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!Daha düşməz əlinə durma, tələs, şah qaçır a!
Təzə həyat istərəmGördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
VəsiyyətVurma əl türbətimə, türbəti-Adəm də mənəm,Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş,Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Qadasın aldığımBu bağlara bağban idim, bar, qadasm aldığım.Bəslədibdi dal budaqda nar, qadasm aldığım.