Təzə həyat istərəm
Gördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,Eşitdikcə boğuq əl-amanları,Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.
Gördükcə ərbabın, xanın qəhrini,Dağılmış kəndini, xarab şəhrini,İçdiyim möhnətin, qəmin zəhrini,Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.
Gördükcə gözlərim bu yoxsulları,Saçları ağarmış evsiz dulları,İşsiz, çılpaq, nalan gənc oğulları,Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.
Gördükcə elmsiz, kasıb qızları,Bürünmüş dumana saf ulduzları,Duyduqca o yazıq günahsızları.Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.
Gordükcə yaş ilə dolan gözləri,Sarı çiçək kimi solan üzləri,Eşitdikcə acı-acı sözləri,Ərzdən uçmağa qanad istərəm,Təzə aləm, təzə həyat istərəm.
Gördükcə əyilir xilqətin başı.Yurdumun qalmayır daş üstə daşı.Yığıb ətrafıma qohum-qardaşı,Elimə, yurduma nicat istərəm.Təzə aləm, təzə həyat istərəm.
Kitabxana.az · https://kitabxana.az/works/biriya-teze-heyat-isterem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?
AyılmazQəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz,Ac, lüt qala daim, çəkə min zillət, ayılmaz.
Azərbaycan el marşıBiz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.
Azərbaycan süruduEy torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan,Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!