Göydə uçan o boz quşlarTelin qədrini nə bilər?!Öz qədrini bilməyənElin qədrini nə bilər.

Cüt sürüb, əkin əkməyən,Sufraya nanı tökməyən,Arının qəhrini çəkməyənBalın qədrini nə bilər?!

Koroğlu der: hay olanda,Dərəyə aslan dolanda,Qara zağ bülbül olandaGülün qədrini nə bilər?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar