Binadan gözəl olmayan,Telin qədrini nə bilər?Çöldə gəzən boz sərçələr,Gülün qədrini nə bilər?

Kal qoşub kotan əkməyən,Nanın süfrəyə tökməyən,Arının qəhrin çəkməyən,Balın qədrini nə bilər?

Utan, qoç Koroğlu, utan!Dağların damənin tutan!Sənin kimi başa çatan,Elin qədrini nə bilər?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri