Nigar, Çənlibel budu, bu
Çiskinli dağların başı,Nigar, Çənlibel budu, bu!İgidlər açar savaşı,Nigar, Çənlibel budu, bu!
Çəkib bəzirgan soyduğum,Qəflələri boş qoyduğum,Paşalar gözü oyduğum,Nigar, Çənlibel budu, bu!
Xotkarlar bata bilməyən,Comərdlər tuta bilməyən,Köksünə yata bilməyənNigar, Çənlibel budu, bu!
Ucalardan uca dağı,Hərgiz gələ bilməz yağı,Koroğlu tək ər oylağı,Nigar, Çənlibel budu, bu!
Kitabxana.az · https://kitabxana.az/works/xalq-nigar-cenlibel-budu-bu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qırat, gəl
Çənlibeldən səni deyib gəlmişəm,Alma gözlü, qız birçəkli, Qırat, gəl!
QoymaramYığılsa, məxluqat, qurulsa məhşər,İsrafil surunu çala qoymaram,
SultanımQoç quzudan quzu törər qoç olar,Qoçaqlardan qoçaq olur, sultanım!
Yağılar bağrını əzər KoroğluQıratın üstündə, ərlər yanında,Dağları, daşları gəzər Koroğlu.