Ala gözlü Nigar xanım,Üzün məndən niyə döndü?Sənə qurban şirin çanım,Üzün məndən niyə döndu?

Qoyun otlar quzu ilə,Ayağının tozu ilə,Müxənnətin sözü ilə;Üzün məndən niyə döndü?

İyidin yatmasın baxtıYana evrilməsin taxtı,Koroğlunun məlul vaxtı,Üzün məndən niyə döndü?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri