Məclis qurduram həmişə
Məclis qurduram həmişəİşrətim damağım ola,Əmliklər çəkdirəm şişə,Bir ağır yığnağım ola!
Çənlibelə köçüm, qonum,Ətlasdan biçilər donum,Ortadan qalxmaya xonum,Gündə yüz qonağım ola!
Vuram xotkar, tutam paşa,Xanlar məndən çəkə haşa,Bu dövranım çəkə başa,Sönməyən çırağım ola!
Sıçrayım minəm Qırata,Dəmirçioğlu şeşpər ata,Eyvaz dar günümdə çata,Dəlilər dayağım ola!
Şir qanı ol qanımda,Qorxu olmaya canımda,Dəlilər olsa yanımda,Qırram yüz min yağım ola!
Eyvaz imdadıma çata,Dəmirçioğlu şeşpər ata,Sıçrayım minəm Qırata,Bəlli Əhməd ayağım ola!
Düşmən qanı içəm doyam,Müxənnət gözünü oyam,Çəkəm bəzirganlar soyam,Tacirlər dustağım ola!
Koroğluyam savaşımda,İgid dəlilər başımda,Nigar əylənə qarşımda,Keçən cavan çağım ola!
Kitabxana.az · https://kitabxana.az/works/xalq-ola
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
UŞUN QOCA OĞLI SƏGRƏK BOYINI BƏYAN EDƏROğuz zamanında, Uşun qoca deyərlər, bir kişi vardı. Ömründə iki oğlı vardı. Ulu oğlının adı Əgrək idi. Bahadır, dəlü, yaxşı yigid idi. Bayındır xanın divanına qaçan istəsə varır-gəlürdi. Bəglərbəgi olan Qazan divanında buna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan önində oturardı. Kimsəyə iltifat eyləməzdi.
Salur Qazan tutsaq olub oğlı Uruz çıqardığı boyı bəyan edərSALUR QAZAN TUTSAQ OLUB OĞLI URUZ ÇIQARDIĞI BOYI BƏYAN EDƏRMəgər xanım, Tırabuzan təküri bəglər bəgi olan xan Qazana bir şahin göndərmişdi. Bir gecə yeyüb oturarkən şahinçibaşma aydır: “Mərə, sabah şahinləri al, xəlvətcə ava binəlim!” - dedi.
İç oğuza daş oğuz asi olub Beyrək öldügi boyı bəyan edərİÇ OĞUZA DAŞ OĞUZ ASİ OLUB BEYRƏK ÖLDÜGİ BOYI BƏYAN EDƏRÜç Oq, Boz Oq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Başqa şairlərin şeirləri
Nagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Bizə həmsöhbət olan özgə kitab almaz ələBizə həmsöhbət olan özgə kitab almaz ələ,Sən də zahidliyin ol dəftərini tulla selə.
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,