İÇ OĞUZA DAŞ OĞUZ ASİ OLUB BEYRƏK ÖLDÜGİ BOYI BƏYAN EDƏR
Üç Oq, Boz Oq yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Amma Daş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı.
Qaçan Qazan evin yağmalatsa, halalının əlin alur, dışra çıqardı, ondan yağma edərdi.
Daş Oğuz bəglərindən Aruz, Əmən və qalan bəglər bunı eşitdilər, ayıtdılar ki, “Baq, baq! Şimdiyə dəkin Qazanın evin bilə yağma edərdik. Şimdi neçün bilə olmayavuz?” - dedilər. İttifaqı cəmi Daş Oğuz bəgləri Qazana gəlmədilər, ədavət eylədilər.
Qılbaş deyərlər, bir kişi vardı. Qazan aydır: “Mərə Qılbaş, bu Daş Oğuz bəgləri xanım bilə gəlürlərdi. Şimdi neçün gəlmədilər?” -dedi. Qılbaş aydır: “Bilməzmisin, neçün gəlmədilər? Evin yağmalatdığın dəm Daş Oğuz bilə bulınmadı, səbəb oldur”, - dedi. Qazan aydır: “Ədavət bağladılar, həmi?” - dedi. Qılbaş aydır: “Xanım, mən varayın, onların dostlığın-düşmənligin biləyin”, - dedi. Qazan aydır: “Sən bilürsən, var!” - dedi.
Qılbaş bir qaç adam ilə binüb, Qazanın dayısı Aruzun evinə gəldi. Aruz dəxi altun günlügin dikmişdi, oğlanlarıyla oturmışdı. Qılbaş gəlüb Aruza salam verdi, aydır: “Qazan bunlu oldı. Əlbətdə, dayım Aruz mana gəlsün, - dedi. Qara
başım bunaldı, üzərümə yağı gəldi. Dəvələrim bozlatdılar, Qaraqucda Qazılıq atlarım kişnətdilər. Qaza bənzər qızımızgəlinümiz bunlu oldı. Mənim qara başıma gör nələr gəldi. Dayım Aruz gəlsün”, -dedi.
Aruz aydır: “Mərə Qılbaş, ol vaqt kim, Üç, Boz Oq yığnaq olsa, ol vaqt Qazan evin yağma edərdi. Suçumuz nəydi ki, yağmada bilə olmadıq? - dedi. Həmişə Qazanın başına bunlu gəlsün, dayısı Aruzı daim ana dursun. Biz Qazana düşməniz, bəllü bilsün!” - dedi.
Qılbaş burada soylamış, görəlim, xanım, nə soylamış, aydır: •Hal#? H#^--

Mərə qavat,
Qalqubanı Qazan xan yerindən dun gəldi.
Ala dağda çadırın-otağın dikdi.
Üç yüz altmış altı alp ərənlər
yanma yığnaq oldı.
Yemək-içmək arasında bəglər səni andı.
Üstümüzə yağı-nəsnə gəlmədi.
Mən sənin dostlığın-düşmənlığın
sınayu gəldim.
Qazana düşmən imişsən, bildim! - dedi.
Qalqub “Xoş qal!” deyüb getdi.
Aruz ğayət səxt oldı. Daş Oğuz bəglərinə adam saldı. “Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, gerü qalan bəglər həb gəlsün!” - dedi.
Daş Oğuz bəgləri həp yığnaq oldı. Ala bargah otaqların düzə dikdi. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı. Daş Oğuz bəglərinə ağırlıq edüb toyladı. Aydır: “Bəglər, mən sizi niyə qağırdım, bilürmisiz?” Ayıtdılar: “Bilməzüz”. Aruz aydır: “Qazan bizə Qılbaşı göndərmiş. Elim-günüm çapıldı, qara başım bunlu oldı, dayım Aruz mana gəlsün, - demiş. Qılbaşa ayıtdım ki, qaçan ki Qazan evin yağmaladardı, Daş Oğuz bəgləri bilə yağmalardı. Bəglər gəlür, Qazanı salamlar, gedərdi. Şimdi suçumuz nə oldı kim, bilə bulmmaduq”.
Əmən aydır: “Ya sən nə cavab verdin?” Aruz aydır ki, “Mərə qavat, biz Qazana düşmənüz”, - dedim. Əmən aydır: “Eyü demişsən”.
Aruz aydır: “Bəglər, ya siz nə dersiz?” Bəglər aydır: “Nə deyəlüm? Çün sən Qazana düşmən oldun, biz də düşməniz”, - dedilər.
Aruz araya Müshəf gətürdi. Həb bəglər əl urub and içdilər. “Sənin dostuna dost və düşmənünə düşmənüz”, - dedilər. Aruz cümlə bəgləri xələtlədi, döndi aydır: “Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümüzdür; amma Qazanın inağıdır. Gəlsün, bizi Qazanla barışdırsun. Deyəlüm, gətürəlim; bizə müti olursa, xoş! Olmaz isə, bən saqalmı tutayın,
•Aaf#l AA -
siz qılıc aşurun, paralan! Aradan Beyrəgi götürelim. Andan sonra Qazan ilə işümiz xeyir ola!” - dedi.
Beyrəgə kağıd göndərdilər. Beyrək odasında yigitlərlə yeyüb-içirdi. Aruzdan adam gəldi, salam verdi.
Beyrək əleyk aldı. Ayıtdı: “Xanım Aruz sizə salam aydar. Kərəm etsün, Beyrək gəlsün, Qazanla bizi barışdırsun!” - der. Beyrək “Xoş ola!” dedi. Atın çəkdilər, bindi. Qırq yigidlə Aruzun evinə gəldi. Daş Oğuz bəgləri oturarkən girib salam verdi. Beyrəgə Aruz aydır: “Bilürmisən, səni niyə qağırdıq?” Beyrək aydır: “Niyə qağırdınız?” Aruz aydır: “Həb şol oturan bəglər Qazana asi olduq, and içdik”. Müshəf gətürdilər, “Sən dəxi and iç!” -dedilər. “Qazana mən asi olmazam” deyü and içdi. Soyladı, aydır:
Mən Qazanın nemətini çoq yemişəm,
Bilməzsəm, gözümə dursun!
Qaraqucda Qazılıq atına çoq yilmişəm.
Bilməzsəm, mana, tabut olsun!
Yaxşı qaftanların çoq geymişəm,
Bilməzsəm, kəfənim olsun!
Ala bargah otağına çoq girmişəm,
Bilməzsəm, mana zindan olsun!
Mən Qazandan dönməzəm, bəllü bilgil! - dedi.
Aruz qaqıdı, qarvayub Beyrəgin saqalmı tutdı. Bəglər Beyrəgə qıyamadı.
Beyrək Aruz qaqıduğm burada bildi. Soylamış, aydır:
Aruz, mana bu işi edəcəgin bilsəydim,
Qaraqucda Qazılıq atuma hinərdim!
Əgni bərk dəmür donum geyərdim!
Qara polad uz qılıcım belümə bağlardım!
Alın-başa qunt işuğum urardım!
Qarğu dalı altmış tutam sügümi
əlümə alurdım.
Ala gözlü bəgləri yanıma salırdım!
Qavat, mən bu işi duysam,
•Aaf#l SIS**-
sana böylə gəlürmiydim?!
Aldayuban ər tutmaq övrət işidir,
Övrətindənmi ögrəndin, sən bu işi, qavat?! - dedi.
Aruz aydır: “Mərə, hərzə-mərzə söyləmə, qanına susanma; gəl and iç!” - dedi. Beyrək aydır: “Vallah, mən Qazan Oğuzma başım qomışam. Qazandan dönməzəm, gərəksə, yüz para eylə!” - dedi. Aruz genə qaqıdı. Beyrəgin saqalını bərk tutdı, bəglərə baqdı. Gördi kimsə gəlməz. Aruz qara polad uz qılıcın dartub, Beyrəgin sağ oyluğın çaldı, qara qana bulaşdı. Beyrəgin başı bunlu oldı. Bəglər həb dağıldı. Hər kişi atlu atma bindi. Beyrəgi dəxi bindirdilər. Ardına adam bindirib qucaqladılar. Qaçdılar, Beyrəgi odasına yetürdilər. Cübbəsin üzərinə örtdilər.
Beyrək burada soyladı, aydır:
Yigitlərim, yerünüzdən uru durun,
Ağ-boz atumun quyruğını kəsin,
Arqubeli Ala dağdan dünin aşun,
Aqındılı görkli suyı dəlüb keçün.
Qazanın divanına çapub varın.
Ağ çıqarıb qara geyün.
“Sən sağ ol, Beyrək öldi” deyin.
Ayıdınuz: “Namərd Aruz dayından adam gəldi. Beyrəgi istəmiş, ol dəxi varmış. Həp Daş Oğuz bəgləri yığnaq olmış. Bilmədik, yemə-içmə arasında Müshəf gətürdilər. “Qazana biz asi olduq, and içdik. Gəl, sən dəxi and iç!” dedilər. İçmədi. “Mən Qazandan dönməzəm”, - dedi. Namərd dayın qaqıdı, Beyrəgi qılıcladı. Qara qana bulaşdı, bunlu oldı. Yarın qiyamət günində mənim əlüm Qazan xanın yaqasmda olsun, mənim qanım Aruza qorsa!” - dedi. Bir dəxi soylamış, aydır:
Yigitlərim, Aruz oğlı Basat gəlmədin,
Elim-günim çapılmadın,
Qaytabanda dəvələrim bozlatmadın,
Qaraqucda Qazılıq atım kişnətmədin,
Aal#? fW -

Ağca qoyunlarım mənrişmədin.
Ağca yüzlü qızım-gəlinüm əkşəşmədin,
Ağca yüzli görklimi Aruz oğlı Basat
gəlüb almadın,
Elüm-günüm çapmadın,
Qazan mana yetişsün,
Mənim qanım Aruza qomasun.
Ağca yüzlü görklümi oğlına alı versün.
Axirət haqqını halal etsün.
Beyrək padşahlar padşahı Haqqa vasil oldı,
bəllü bilsün! -dedi.
Beyrəgin babasına-anasına xəbər oldı. Ağ evi-eşigində şivən qopdı. Qaza bənzər qızı-gəlini ağ çıqardı, qara geydi. Ağ-boz atının quyruğmı kəsdilər. Qırq-əlli yigit qara geyüb-gög sarındılar. Qazan bəgə gəldilər, sarıqlarm yerə urdılar. “Beyrək!” deyü çoq ağladılar. Qazanın əlin öpdilər. “Sən sağ ol, Beyrək öldi!” - dedilər. Namərd dayın al eyləmiş. Oquyuban bizi aldılar. Vardıq, Daş Oğuz bəgləri sizə asi olmışlar, bilmədik. Müshəf gətürdilər; biz Qazana asi olduq, sən dəxi bizə müti ol! - dedilər. And içdilər. Beyrək ətməgün basmadı. Anlara müti olmadı. Dayın namərd Aruz qaqıdı, Beyrəgi oturduğı yerdə qılıcladı. Bir oyluğm düşürdi. “Sən sağ ol, xanım, Beyrək Haqqa vasil oldı; mənim qanım Aruza qomasun”, - dedi, - dedilər.
Qazan bu xəbəri eşitdi. Dəstmalın əlinə alub ökür-ökür ağladı. Divanda zarlıq qıldı. Həp anda olan bəglər ağlaşdılar. Qazan vardı, odasına girdi; yedi gün divana çıqmadı, ağladı oturdı.
Bəglər yığıldı, divana gəldi. Qazanın qardaşı Qaragünə aydır: “Qılbaş, var ayıt, ağam Qazan gəlsün-çıqsun; bir yigid sənin ucundan aramızdan əksildi. Həm vəsiyyət eyləmiş, “Mənim qanım qomayasan, alasan” - demiş. Varalım, düşməni haqlayalum, di!” - dedi. Qılbaş aydır: “Sən qarındaşısan, sən var!” - dedi.
Əlhasil, ikisi bilə vardılar. Qazanın odasına girdilər. Salam verdilər. “Sən sağ ol, xanım, - dedilər. - Bir yigit ara-
mızdan əksildi, sənin yolunda baş verdi. Derəm, qanın alalım; həm sizə ısmarlamış, “mənim qanım alsun” demiş. Ağlamaqla nəsnəmi olur? Durı gəl yuqarı” - dedilər.
Qazan aydır: “Məsləhətdir. Tez cəbbəxanayı yüklətsünlər. Həp bəglər həp binsünlər!” dedi.
Cəmi bəglər bindi; Qazanın Qonur atın çəkdilər, bindi. Borı çalındı, kos uruldu. Gecə-gündüz demədilər, yortma oldı.
Aruza və cəmi Daş Oğuz bəglərinə xəbər oldı. “İşdə, Qazan gəldi”, dedilər. Anlar dəxi çəri dərüb, borı ağardan Qazana qarşu gəldilər. Üç Oq, Boz Oq qarşulaşdılar. Aruz aydır: “Mənim İç Oğuzda qırımım Qazan olsun!” Əmən aydır: “Mənim qırımım Tərsuzamış olsun!” Alp Rüstəm aydır: “Mənim qırımım Ənsə qoca oğlı Oqçı olsun!” -dedi. Hər biri bir qırım gözətdi. Alaylar bağlandı, qoşunlar düzüldi. Bonlar çalındı. Tavullar dögildi. Aruz qoca meydana at dəpdi. Qazana çağırıb “Mərə qavat, sən mənim qırımımsan, sən gəl bərü!” - dedi.
Qazan qalqan yapındı, sügüsin əlinə aldı. Başı üzərinə çevirdi. Aydır: “Mərə qavat, muxannatlıq ilə ər öldürmək necə olur, mən sana göstərəyim!” - dedi. Aruz Qazanın üzərinə at saldı. Qazanı qılıcladı, zərrə qədər kəsdirəmədi, ötə keçdi. Növbət Qazana dəgdi. Altmış tutam ala göndərin qoltuq qısdı, Aruza bir göndər urdı. Köksindən yalabdaq ötə keçdi. At üzərindən yerə saldı. Qarındaşı Qaragünəyə işarət etdi: “Başın kəs!” - dedi. Qaragünə atdan endi. Aruzun başın kəsdi.
Daş Oğuz bəgləri bunı görüp, həp atdan endilər. Qazanın ayağına düşdilər, suçların dilədilər, əlin öpdilər. Qazan suçların bağışladı. Beyrəgin qanın dayısından aldı. Aruzun evini çapdırdı. Elini-günini yağmalatdı. Yigit bəglər toyum oldı.
Qazan gög alan çəmənə çadır dikdirdi. Otağın qurdı. Dədəm Qorqud gəlübən şadlıq çaldı. Qazi ərənlər başına nələr gəldügin aydı-verdi:
Qanı dedigim bəg ərənlər,
Dünya mənim deyənlər?
Əcəl aldı, yer gizlədi.
Fani dünya kimə qaldı?
•Aaf#l AA -

Gəlimli-gedimli dünya!
Son ucı ölümli dünya!
Əlaqibət, uzun yaşın
ucı ölüm, axırı ayrılıq.
Yum verəyim, xanım:
Ölüm vaqtı gəldügində arı imandan ayırmasun!
Ağ saqallu baban yeri uçmağ olsun!
Ağ birçəklü anan yeri behişt olsun!
Qadir səni namərdə möhtac etməsün!
Ağ alnunda beş kəlmə dua qıldıq,
qəbul olsun!
“Amin! Amin!” deyənlər didar görsün!
Yığışdırsun, duruşdursun
Günahını Məhəmməd Mustafaya bağışlasun!
Xanım, hey!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri