Uzaq-uzaq dağ başındaTala-tala qar görünür.Nə dəlilər, nə ÇənlibelNə alagöz yar görünür.

Ətrafım tir, kaman, oxdu,Dəlilər yanımda yoxdu.Mən yalqızam, düşman çoxduQaçmaq mənə ar görünür.

Divanə könlüm şad olmaz,Laçın könlüm ovsun almaz.Baxıram Eyvaz görünməzDünya mənə dar görünür.

Bu sinəm yaralı düşdü,Dağların maralı düşdü.Yar məndən aralı düşdüTərlan uçmaz, sar görünür.

Koroğlunun məlul çağı,Durulmaz keyfi, damağı.Bar gətirib gürcü bağıDal budaqda nar görünür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri