Qardaş! Gözümə sən yenə pəjmürdə göründün,Bəsdir bu qədər qolları zəncirli süründün.

Tez soldu bağın gəlmələrin tapdağı altda,Cənnət qurulub qardaşının bayrağı altda.

Yalvarma, al öz haqqını əzminlə, gücünlə,Zəncirini heçliklərə qır, at çəkicinlə.

Qan qardaşının sözlərini saxla yadında,Qoyma köləlik damğası qalsın öz adında.

İnsan anadan qolları zəncirli doğulmur,Dünyada azadlıq, bəli, qan axmasa olmur!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri