Qardaşım Rəsula

Bahar hədiyyəmiz — xonça, səməni,Qardaş, ziyarətə gəlmişdik səni.Səni bu dünyaya gətirən anan,Böyüdüb sonradan itirən ananYandırdı qəbrinin üstündə ağ şam,Bayram axşamıydı bu gözəl axşam.Ağlayan ağladı, boşaldı ürəkÇiçəklər üstünə səpildi çiçək.Hərə öz evinə tələsdi yenə,Qalmadı bir nəfər qohum, əqrəba.Qəbirlər pərişan göründü mənə,Şamlar bir-bir söndü göz qırpa-qırpa.Uzandı kölgəsi yaşıl şamların,Gün batdı üfüqdə izi qalmadı.Qəbirlər üstündə yanan şamlarınÖmrü bir saatdan uzun olmadı.Bir təntənə vardı bu yerdə bayaq,Bu qəmli yollardan kəsildi ayaq.Çapdı altındakı atı qaranlıq,Çökdü qəbristana qatı qaranlıq.Ey torpaq altında yatan əzizlər,Əcəl şərbətini dadan əzizlər.Sağlar hörmətini bildirib sizə,Özünü bu gündə bura yetirdi,Sizin bu əbədi mənzilinizə,Bir neçə saatlıq bahar gətirdi.Ağladım, qalmadı gözlərimdə yaş,De, bunu duydunmu mənzilində sən!Yanından getmədim bu gecə, qardaş,Danışdım, sübhədək başdaşınla mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar