Çörəyim, ağla
Təbrizli bağlarda soldu gül-çiçək,Ağla, gülüm, ağla çiçəyim, ağla.İllərdir üzümə yollar bağlıdır,Araz şikayətli küləyim, ağla.
Qoy yenə dilimdən od-alov saçım,Bu sahil toxumdur, o sahil acım.
Çörəyə həsrətdir, qardaşım, bacım,Ağla, süfrəmdəki çörəyim, ağla.
Bilir nisgilimi bu el, bu ölkə,Ürəyim çətin ki, bu dərdi çəkə,Mən vüsal gününü görmədim bəlkə,Ağla, Araz gözlü ürəyim, ağla!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-coreyim-agla
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ömrün cavan çağı qaldı arxada,Can alıb, can verən sənəmlər getdi.
VardıMənim cananımın bir vaxtı vardıGünəşdən, aydan üstün baxtı vardı.
Ömrümə yazmasınlarMənə elə gəldi ki, sənsiz keçinərəm mən,Yanıldım, ey sevgilim, qəlbimdən köçmədin sən.
Bu gecəGəlmədin məclisimə, sevgili canan, bu gecə,Can evimdən elə bildim ki, köçüb can, bu gecə.