Gəlmədin məclisimə, sevgili canan, bu gecə,Can evimdən elə bildim ki, köçüb can, bu gecə.Çox düşündüm səni, sənsizliyə dözmür bu könül,Çəkdi qəm ordusunu üstümə hicran, bu gecə.Gəlmiş olsaydın əgər məclisə, təbrizli gözəl,Ayağın altda kəsərdim neçə qurban, bu gecə.Nə deyim, mən nə deyim ayrılığın baisinə,Qaldı sənsiz, gözü yollarda Süleyman, bu gecə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq