Getməyib
Biz söz verdik ayrılanda bir-birinə ürəkdən:Qismət olar, Allah qoysa, görüşərik yaxında.Vüsal günü çələng hörüb qızılgüldən, çiçəkdən,Ayaq altda qoç kəsərik Dəlibaba dağında.
Neçə il var görməmişik bir-birinin üzünü,Gəl sanma ki, bu ayrılıq uzun illər sürəcək.Sən bu taya zilləyərək həsrət dolu gözünü,Soruşursan: dost dostunu bəs nə zaman görəcək?
Qanlı döyüş yollarında ağarmışdır dik başım,Demə, demə, ürəyimiz arzusuna yetməyib.Mən görüşə inanıram, çünki, ey qan qardaşım,Əllərinin hərarəti əllərimdən getməyib!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-getmeyib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əziz qardaşım Abbas Zamanova*Salam, ey qəhrəman, ey şanlı Ərkim!
Şair sönməzəKim deyir dar gündə meydanlarda dinməz – şerimiz!Yox, döyüşlərdən zəfərsiz – mənim dönməz – şerimiz
Həsrətəmİllərdir ki, görüşünə həsrətəm,Ayrılıqdan bağrı dağlı qardaşım!
Məhəmmədlu AbbasiyəQırx il bundan əvvəl səninlə bir günGörüşdük Təbrizdə bir qardaş kimi.
Başqa şairlərin şeirləri · Hicran
Ürəyim bərkiyibdi, nə eşq bilir, nə həsrət,Nə ayrılıq, nə görüş, nə gərəksiz mərhəmət,
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Onsuz gecəSonsuz gecələr cənnətə uğrardım onunla,Dağlardakı sellər kimi çağlardım onunla.
Zərdü zəif etsə qəmin hər zaman məniZərdü zəif etsə qəmin hər zaman məni,Filfövr əşki-al qılır ərğəvan məni.