Şair sönməzə
Kim deyir dar gündə meydanlarda dinməz – şerimiz!Yox, döyüşlərdən zəfərsiz – mənim dönməz – şerimiz
Vurmasa nəbzində bir xalqın ürək çırpıntısı,Heç özündən razı qalmaz, heç öyünməz şerimiz.Öz müqəddəs məbədi vahid vətən mülkündədir.Ordakı xoş arzular təxtindən enməz şerimiz.Bir vüsal uğrundakı yollarda tufan qopsa da,Donsa da yadlar odunda – yox, isinməz şerimiz.Qardaşım Sönməz! Bu gün çox yaxşı ki, siz, biz varıq.Od saçar gündən-günə ömründə sönməz şerimiz!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-sair-sonmeze
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün yadınıza düşərsəm, məni,Bu doğma ellərdə axtararsınız.
Ötən illərimGəldi yaş üstünə yenə də bir yaş,Sanmayın, yel kimi keçdi illərim.
Mənə qalıbdırUlu babalardan, mərd atalardanHaqq yolu izləmək qalıbdır mənə.
Var olun!Dağı dağ üstə qoyan qəhrəman ellər, var olun,Üzü ağ, alnı açıq şanlı nəsillər, var olun.
Başqa şairlərin şeirləri · Vətən
Yeni proletar ədəbiyyatımızın pioneri Süleyman Rüstəmzadəyə*Başında ipəkdən bir qızıl örpək,
İnanıram o parlaq günəSən ey sərxoş xain yaxşı bir dayan,Tutacaq ədalət sənə bir divan!
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,