Mayıs gözəlinə
Yeni proletar ədəbiyyatımızın pioneri Süleyman Rüstəmzadəyə
Başında ipəkdən bir qızıl örpək,Döşündə lalələr, güllərlə gəlir.Bir bahar gülüşü mənimsəyərək,Lentalı, qıvırcıq tellərlə gəlir.
Qarşıya çıxanlar dağılır düzə,Çökər müjdəçilər önündə dizə,Verməyə bir xəbər günəşdən bizə,Nəşəli, seydalı dillərlə gəlir.
Gülüş – simasında pozulmaz bir şan,Görənlər hüsnünə vermədə min can,Qulağında sırğa, boynunda mərcan,Ellər nişanlısı ellərlə gəlir.
İllərlə küsülü qəlbi acıdan,Ellər sevinc umar qoyduğu tacdan,Çiçəkli dərədən, zümrüd yamacdanDalğın, aşıb coşan sellərlə gəlir.
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-mayis-gozeline
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kimsə bilməz Tanrıdağın yaşınıDuman almış Altayların başını.
QafqasBir zamanlar Puşkinin dindirib ələmini,Ona mənfa yerində gözəl bir cənnət oldun.
Qafqaz dağlarınaÜlküdaşım Leylaya*Qanadım yox, uçub gəlsəm yaxana,
Qalx, sevgilimQalx, sevgilim, qalx da məni yola vur,Gec gəlinsə yurd başına çökəcək…
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
Əzəldən biz də bir şəkər ləbi sevdik sevənlər təkƏzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.