Mənim İncim
Nə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən,Mən bir inci tapmışdım Qafqasların içindən,Oynadarkən, əlimdən düşdü torpağa incim,Nerdə mənim gəncliyim, nerdə mənim sevincim?Duymadım, uçdu getdi o məndən çox uzağa,Taleh quşum başından enib düşdü tuzağa.O zamandan ki, mənim öz incimi çaldılar,Sanasan ki, eşqimi, sevincimi çaldılar...Olunca öz yurdundan, torpağından, daşından,Gənc bir şair nə anlar, baharından, qışından?Neyləyim mən ruhumu çox istəyən günəşi,Harda mənim ilahım, harda könlümün eşi,Mən nə edəm günəşin doğub ta batdığını,Önümə zəhər saçan bir gün yaratğını,Mən o gündən nə sevinc, nə bir həvəs bilirəm,Yabançı mahnılarla ağlayıram, gülürəm!..
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-menim-incim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Mən Krımın sahilini
Gənclərə ümidim varSən istərsən qəlbimi parçala, qır, çeynə, əz,Mənim yenə bu yolda tükənməz bir canım var!
Gölcüklə həsbi-halDalğın mavi göz kimi dərd andıran dalğalar,Coşduqca könül coşar, durma, amandır, Gölcük!
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.