Qalx, sevgilim
Qalx, sevgilim, qalx da məni yola vur,Gec gəlinsə yurd başına çökəcək…Mən artıq gözləməm gün doğsun deyə,Kim bu bitməz intizarı çəkəcək?
Qalx ki, yollar uzun, əməl uzaqda,Bu uğurda ölüm də var, tuzaq da.
Qalx sevgilim, qalx da atımı gəmləSıcaq bir öpüşlə alnımı nəmlə,Yetər, gün keçirdim mən bu özləmlə.Sən aldırma, dağlar keçid verməzsə,
Fırtınalar qopub yolumu kəssə!Qalx sevgilim, qalx da, quşlar ötüyor,
Gözümdə bir savaş əksi tutuyor,Qalx ki, zaman keçdi, günüm bitiyor…El nə deyir, bax bu miskin duruşa,Qollarında güc yoxmu bir vuruşa?
Qalx sevgilim, ver oxumu, yayımı,Çək altıma o küheylan tayımı,
Kim o mənim inkar edən soyumu?Hansı qüvvət bükən mənim qolumu,Mən gedərsəm kim kəsəcək yolumu?Qalx sevgilim, qalx ta məni yola vur.Düşmənə ki, qəlbimdə çox acı var,Çökməm dizə, vurulmazsam arxadanHələ məndə Bozqurdumun gücü var.
Sən aldırma, dağlar keçid verməzsə,Fırtınalar qopub yolumu kəssə…
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-qalx-sevgilim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Uçursunuz alnı açıq, üzü ağ,Bağrım çatlar sizdən almasam soraq.
Dönük qardaş1944-cü ildə Ana yurda sığınıb, sonradüşmənlərə təslim edilən və ruslar tərəfindən
Əlvida, Bakı(Türküstana gedərkən)Əlvida, ey müşfiq ana, əlvida…
Əsir AzərbaycanımNerdə məni gül qoynunda doğuran,Xəmirimi göz yaşıyla yoğuran,
Başqa şairlərin şeirləri
Nə qədər sən kimi bir qönçədəhanım yox idi,Ey pərivəş, bu qədər ahü fəğanım yox idi.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram