Sən, daşqın dənizlərin qayalarla çarpışan,Yİldırımlar söndürən dalğasından yarandın.Şahlarin hökm etdiyi yoxsullar ölkəsindəAc, çılpaq “Ana”ların qəm, yasından yarandın.

Ölkədə qan saçırkən knyazların qfrmancı,Sana düşmən kəsildi Romanovların tacı,Onunçun dönüb oldu sözlərin, adın “Acı”Yurdsuzları oxşadın, kimsəsizlərə yandın.

Əzəldən inqilabın sən ayrılmaz eşisən,Boz dənizlərdə süzən fırtınalar quşusan,Sən bu gün milyonların tanınmış yoldaşısan,Dönməz mübariz kimi öz sözündə dayandın...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar