Uçursunuz alnı açıq, üzü ağ,Bağrım çatlar sizdən almasam soraq.Yorulanda olur sizə oturaqGöl kənarı yaşil çəmən, durnalar.

Qaqqıldaşın, qoy yatanlar ayılsın,Əzilənlər qalxıb adam sayılsın,Şöhrətiniz bu ellərə yayılsın,Ey baş vurub göldə çimən, durnalar.

Arzum budur kəsilsin göz yaşınız,Hər bəladan uzaq olsun başınız,Çiçəklənsin torpağınız, daşınız,Toxunmasın sizə düşmən, durnalar.

Mən özümə sizi sirdaş sanıram,Arzunuzu düşünürəm, qanıram,Halınıza od tuturam, yanıram,Dərdinizi gəl bölək tən, durnalar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar