(Qubada bir gün)Günəş süzgün tellərini yığınca dağlar ardı,Bənzədi bir yanıq qəlbə, axar sular qaraldı.Büründü bir yas tülünə çəmən, çayır, dağ, dərə,Qanad çarpan hər yetim quş çəkildi ənginlərə.Dilbər köylü qızlarının yas bürürkən üzünü,Bir hıçqırıq tutdu axan pınarların gözünü.Qara gözlü gənc qızlara qayğı verən bir axşamXəbərini verdi göydə ilk olaraq yanan şam.Başlarında dörd yüz illik bir köləlik kölgəsi,Alnı açıq ixtiyarlar qaş çataraq ənginə,Baxıyorlar üfüqlərin qan ləkəli rənginə.Gənc igidlər at oynatmaz, qeyb etmişlər sevinci,Ah bu dilbər obaların harda gömüldü dinci?Uzun yoldan yorğun-arğın, bət-bənizi bulaşıq,Əlində bir üçtelli saz gəldi bir qoca aşıq.Görüncə hər gənc, ixtiyar ayağına vardılar,Görünən bir Xızır kimi ətrafını sardılar.– Gəl, gəl aşıq…– Nerdən böylə?– Uzaqmı gəldiyin yol?– Gəl ruhumuz acıqlıdır, barı bizə nəşə bul!..Aşıq güldü acı-acı:– Nəşəmi? Mən görmədim,Bu yollarda ömür verdim, bir sevincə ermədim.Nəşə harda, bəklənirmi cəhənnəmdə bir bahar?– Bəs sazının tellərində?..– Iniltilər, hicranlar…– Biz qəmliyik, nəşələndir,– Mənə deyil, saza sor…Saz bu elin qəlbi, ruhu, heç olmurmu ona zor?Sənin könlün nə istərsə…– Yox barmaqlarda bir iş,Yalnız dərdli tellərindir hər nəğmə, hər söyləyiş…Aşıq bir az rahatlandı, toplandı köy başına,Anladı ki, el müntəzir o dilsiz yoldaşına.Bir ah çəkib aldı ələ, göz dikərək dağlara,Atəşli bir qoşma qonduo titrək dodaqlara:– Durnam uçdu getdi uzaq ellərə,Getdi, bilməm harda qaldı, gəlmədi…Çox yalvardım aşıb-daşan sellərəUca dağlar duman aldı, gəlmədi…Durnan uçdu, mənim boynum büküldü,Xəzan gəldi, göy yarpaqlar töküldü,Lalə soldu, yazın bağrı söküldü,Bülbül öldü, gül saraldı, gəlmədi…Durnam uçdu uzaq dağlar ardına,Uğradımı bilməm Şimal qurduna?Ellərə bir bahar, mənə fırtına,Günəş söndü, qaş qaraldı, gəlmədi…Əks edincə bu şərqi qarşıya qırıq-qırıqHamının gözlərində titrədi bir ayrılıq.Bir axşam qəribliyi sinərkən aullara,Daldı küskün baxışlar duman çökən yollara.Bir Şeyx Şamil hiddəti qonunca dodaqlara,İxtiyarlar qaş çatıb daxdılar Şah dağlara…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri