Oğlum AzərəGün gəlib ta son vədələr yetincə,Qəhr olası bu ayrılıq bitincə,Bağçamızda sarı bülbül ötüncə,İstəklərim olacaqmı, bilməm ki…

Gün süslərkən alnındakı naxışı,Mən ardınca dırmanırkən yoxuşu,Dağlara saldığım özləmin quşu,Gəlib sənə çatacaqmı bilməm ki…

Qovuşarkən yurd bayrama, düyünə,Çalxanacaq el öyünə-öyünə,Sən erincə gözlədiyim o günə,Mənim ömrüm çatacaqmı, bilməm ki…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar