Əsmə, ey sabah yeli, böylə müxalif əsmə,Tellərini pozduğun o sevdalı yar mənim.Söz verdim gələcəyəm, gəl də, yolumu kəsmə,O göy dəniz, yaşıl dağ, o güllü diyar mənim.

Könlüm alov saçarkən vulkan kimi dərindən,Nə qorxum bir yolsuzun, imansızın birindən.Bir ah çəksəm çalxanar, dağlar qopar yerindən,Tarixlərdən ün almış bir şöhrətim var mənim.

Kim keçər dünyaları məst edən o gözəldən?Mən onun öz yarıyam, o mənimdir əzəldən,Yolunda döyüşürəm, vaz keçməm bu əməldən,Ya o mənim olacaq, ya qanlı məzar mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri