Bir zamanlar Altaylardan enib yaşıl düzlərə,Asiyanın göbəyində atəş yaxan mənmiyəm?Göy xaqanından salam gətirib dənizlərə,Batıya coşğun bir sel kimi axan mənmiyəm?Mənmiyəm qırbaclayan qərbin üfüqlərini?Harda qırbacım mənim, göstər mana yerini?Mən kiməm, kimlərdənəm, harda mənim el-obam?Bu doğrumu, deyirlər Oğuzmuş igid babam,Sarılmış oymaqlara vermək üçün bir nizam.Minərək şimşəklərə göydə çıxan mənmiyəm?Anlat mana Mete kim, Cebe kim, Sabutay kim,Çingiz, Teymur varmıymış, Gurşad kim, Cığatay kim?Söylə, mənmiyəm quran ilk birlik əsasını,Söylə, mənmiyəm yapan türkün tək əsasını.Mənmiyəm şimdi tutan tariximin yasını?Şimdi həsrətlə böylə dünə baxan mənmiyəm?Mənmiyəm ölü, durğun bir dəniz kimi böylə,Söylə, ey Bozqurdların yaşıl diyarı, söylə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar