Öt, qumrum, öt, sən ki, məndən bəxtiyar,Heç olmazsa, qonacaq bir yuvan var,Sənin bu yaşıllıq, sənin bu dağlar,Nə bir yurd həsrəti, nə sıla dərdi…

Bunları kor fələk həp mənə verdi…Sənin qanadın var, məndə qol qırıq,Səndə gözəl bir səs, məndə hıçqırıq,Sardıqca könlümü məlun ayrılıqQar düşmüş dağlara bənzəyir başım,Bir bulud olmayır belə yoldaşım.

Öt, qumrum, öt, sən ki, məndən bəxtiyar,Qanadın var, hürlüyün var, yuvan var,Uç, mənim yerimə o dağları sar,Səslən o yurda bir nəva şərqisi,Hürriyyət şərqisi, yuva şərqisi…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran