Kopet dağları
Mən sana gəlmişəm uzaq bir eldən,Məni də sinənə al, Kopet dağlar!Bu odlu qəlbimdə daşqın arzu var,Gəl mənə bir laylay çal, Kopet dağlar!
Hər yanın bir çeşmə, göy çəmən, çayır…Artıq mən nə yazım təsvirə dairGəlmiş hüzuruna əsir bir şair,Sevgimi qəlbinə sal, Kopet dağlar!
Bir xatirat deyə qalsın dərində,Adımı əks etdir dərələrində,Mən gedər olsam da, sən öz yerindəƏsrlər boyunca qal, Kopet dağlar!..
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-kopet-daglari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öpərkən alnından füsunlu bir yaz,Axıyor döşündən sellər, a dağlar!
Dağlara vidaƏzəldən can deyərək bu sevdalı ölkəyə,Hər qadasın aldığım sana əyan, a dağlar.
Dağlar səslənirkənEy uzaqdan gələn yolçu, böylə sapqın getmə, dur,Çox yolçular sinəmizdə etdi çapqın, getmə dur…
Dağlardan xatirələrM.K.Ələkbərliyə*Dün qarşımda nəvazişkar gülər üzlər oynadı,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Nə sən gülsən, nə mən bülbülBir qız qarlı qış günündəDibçəkdə bir gül bitirdi.
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün