Küsdüyüm bahar
Yenə gəldi könlümün küsdüyü bui lk bahar,Yenə açdı, şerimə ruh verməyən çiçəklər…Eşqi baharda doğmuş və baharda solan birŞair uğursuz gələn bu bahardan nə bəklər?Burax, ellər sevinsin, bu gəlişdən mənə nə,Ömrü qış kəsilən bir aşiq ondan nə anlar.Yad bir cənnət nə verir öz dərdiylə yanana,Qəlbimin təsəllisi fırtınalar, boranlar.Mən anlamam çiçəkdən, yaşıllıqdan, bahardan,Yetər ki, üfüqi sarsın bir şimşəgin çaxısı.Mən uzaq yaşadıqca o doğulduğum diyardan,İlk bahar sənin olsun, ver mənə qarlı qışı.On səkkiz il əvvəldi, nisan iyirmi yeddi,Gülərkən taleyimin döndü baharı qışa.On səkkiz ildən bəri qəlb o günə inlədi,On səkkiz ildir həsrət qaldığım o doğuşa.Mən necə köksümdə yer verəyim bir yad gülə,Bax, hala qan sızıyor qəlbimin yarasından…Ölürsəm, qəbrim üstə gəlirsə bir yad beləAnlatsın Odlu Yurdun Küründən, Arasından.
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-kusduyum-bahar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qərib quşum, bu gəlişin nerədən,Uçub gəldin hansı dağdan, dərədən.
Qurbanın ola bilsəmAğlama, ağlama, ey gözləri buludtlu yar,Barı uzaqdan olsa, qadanı ala bilsəm…
Quzğun üçünBir zamanlar vəcdə gəldim coşğun səsindən,Dinlədikcə dərdlərini sarıldım saza.
QürbətdəMən torpağı atəşlə yoğrulan bir diyarınDoğdum yad çəkmələrlə çeynənən yaxasında.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Könlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,