Bir zamanlar vəcdə gəldim coşğun səsindən,Dinlədikcə dərdlərini sarıldım saza.İlham alıb dalğaların kişnəməsindən,Diyar-diyar sürükləndim dərd yaza-yaza…İçimdəki dərin sızı yadınmı, Quzğun?Dodağımda donub qalan adınmı, Quzğun?

Söylə, sənə nədən "Dəli Xəzər" demişlər?Kor taleyin əldən-ələ gəzər demişlər,Səni sevən öz canından bezər demişlər?Yetməz oldu yollara göz dikdiyim, Quzğun,Bitməzmi bu kor fələkdən çəkdiyim, Quzğun?

Söylə nədir üzündəki o qızıl ləkə?Qanmı verdi yarasından qucduğun ölkə?Xəyalınmı gözlərimdə bu mavi kölgə?Ey uzaqdan qadasını aldığım Quzğun,Gur səsini dost elinə saldığım Quzğun..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale