Annə, artıq bu gün sən ağlama, gül…Çünki qoynunda oynaşan bülbülCoşaraq incə bir tərənnümlə,Sənə bir bax nə söylüyor, dinlə…Bu gün uğrunda çarpışan, vuruşanYavrular, qönçələr, gözəl qızlar,Hərə bir yİldırım, yanar vulkanKimi gurlar, coşar, çaxar, qaynar.Dərələr, dağlar, ölkələr aşıyor,Bir yığın odlu yavrular qoşuyor.Qoşuyor inləyən o fəryada,Qoşuyor həpsi, həpsi imdada.Sis, dumandan silindi, bax yollar,Gəliyor həp dəmir qıran qollar,Bir cəsur qız əlində bir bayraq,Gurlu bir səslə daim hayqıraraq.Söyləyir: “Durma, qaç, çəkil, düşmən…”Bax nasıl titriyor səfil düşmən!Titriyor xırda qorxacaqlar tək,Qaçmaq istər rəzil qaçaqlar tək.Qaçıyor bəlkə, durmadan qaçıyor,Sanki dağlarda bir duman uçuyor.Annə… Annə… yetər baxıb durma,Odlu bir qəlbi gəl yaxıb durma.Yetər artıq vərəmlə əlləşdin,Bitdi hər şey – həp ayrılıq, hicran,Səndə var şimdi elm, haqq, ürfanNə qədər bax bu gün gözəlləşdin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri