Sürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasınBassın ayağın sinəm üstünəQürur ilən padşahım oynasın

Sallanıb gedəndə o nazlı şahbazÜzüm payinə gərək pay-əndazBirdən tuyğun kimi eyləsin pərvazTacdarım, şəhənşahım oynasın

Görməmişəm gün cəmalın müddətdirTəmaşaya qoysa xeyli minnətdirAla gözlərinə gözüm həsrətdirİzzü cahım, qibləgahım oynasın

Əcəb zinət vermiş qaşa-qabağaKəsik tel sallamış o ay qabağaTalib intizardır yar oynamağaDeyək: Tanrım, o Allahım oynasın

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq