Görməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.Haqqı görməz, var gözünü bağlayar,Qəza vurar, şeytan ilə dost olar.

Bir gün tale döyər, alar varını,Sail kimi daha qoymaz qarını.Yadlar yeyər məhsulunu, barını,Paltar tapmaz, cındır bircə dəst olar.

Aşıq Nəsib sözünü de qanana,Canım qurban haqq oduna yanana,Başa keçsə kəl yerinə hər dana,Sanaram ki, şirin cana qəsd olar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq