Bir vaxt bu yerlərdən keçib gedibdi,Gəzir ağızlarda sözü Şenliyin.Təbli adamların sinəsindədir,Çeşməsi, bulağı, sözü Şenliyin.

Gündən güzərandan sınır ürəyim,Ay Nəsib, ustadı anır ürəyim.Həsrətdən od tutub yanır ürəyim,Yaloyu, ataşı, közü Şenliyin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri